Sosial şəbəkədə biz:

Vahid Ələkbərov çimərliyi özəlləşdirməyə hazırlaşır

Moskva çayı sahilindəki Serebryannıy Bor çimərliklərinin bir hissəsini azərbaycanlı neft maqnatı Vahid Ələkbərov özəlləşdirməyə çalışır. Virtualaz.org saytı RBC agentliyinə istinadən xəbər verir ki, çayın sahilində 1 hektara yaxın ərazi xüsusi mühafizə olunan təbiət ərazisi statusundan məhrum edilib. Bu ərazi Vahid Ələkbərov tərəfindən icarəyə götürülmüşdü. İndi bütün prosedurların tamamlanmasından sonra “LUKoil” prezidenti həmin çimərlik sahəsini özəlləşdirə bilər. Moskva meriyasının əmlak departamentindən təsdiq ediblər ki, həmin ərazini Vahid Ələkbərov 2052-ci ilə qədər icarəyə götürüb. Onun Moskva çayı sahilində 1,5 hektar ərazidə yerləşən iki villası var. İndi ərazinin özəlləşdirilməsindən sonra Ələkbərovun bu mülklərinin qiyməti 20 dəfə arta bilər. Ələkbərovla yanaşı digər rusiyalı oliqarxların çoxunun Serebryannıy Borda villaları var. Onlar uzunmüddətli icarəyə götürdükləri ərazidə mülklər tikiblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol