Sosial şəbəkədə biz:

400 minlik maşının sahibi bəlli oldu ? - Açıqlama

Bir neçə gün əvvəl “Laçın” ticarət mərkəzinin rəhbərliyi ilə yol polisi arasında mübahisə yaranmışdı. Mübahisəyə səbəb yol polisinin “Laçın”ın qarşısındakı dayanacağa parkomat qoymaq istəməsi olmuşdu. Polis həmin meydançada maşınların dayanmasını qadağan etmişdi. Ticarət mərkəzinin rəhbərliyinin əsas arqumenti bu idi ki, həm müştərilər, həm də “Laçın”da alver edənlər maşınlarını bu dayanacaqda saxlayırlar. “Bu qadağa ticarət mərkəzinin müştərilərinin sayının azalmasına səbəb olacaq” – deyə rəhbərlik bildirib. Sonradan bu mübahisə böyüyüb. Ticarətçilər etiraz olaraq yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə Nizami Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Arif Qasımov gəlib. Bundan sonra mövzu dəyişdi. Bəzi saytlar yazdılar ki, başçı hadisə yerinə 400 minlik Rolls-Royce Phantom maşını ilə gəlib. Saytlarda həmin avtomobilin fotosu da yayılıb. "Qafqazinfo" xəbər verir ki, Musavat.com bu iddia ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu verib. İH-dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən maşın Arif Qasımovun deyil. Həmçinin deyilib ki, icra başçısı məlum hadisə zamanı əraziyə özünün xidməti avtomobili ilə gedib. Araşdırmalar zamanı o da məlum olub ki, Rolls-Royce Phantom maşını “Laçin” ticarət mərkəzinin sahibi Məsud Vəliyevə məxsusdur. 400 minlik maşın icra başçısınındır? -  Açıqlama  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol