İqtisad Universitetinin sabiq rektoru dünyasını dəyişdi
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, professor İslam Qarayev vəfat edib. Bizimyol.info-nun xəbərinə görə, 1994-2000-ci illərdə rektor olan İslam Qarayev rektorluqdan sonra kafedra müdiri işləyib. O, səhhətində yaranan problemlə bağlı dünən dünyasını dəyişib.