Sosial şəbəkədə biz:

Taleh Şahsuvarlı istefa verdi

16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan jurnalist, sosioloq Taleh Şahsuvarlı “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru vəzifəsindən istefa verib. O həmin qəzetdə “Gündəlik Teleqraf” MMC yarandığı gündən bəri çalışırdı. Faktı “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı da təsdiqləyib.   İstefası ilə bağlı açıqlama verən T.Şahsuvarlı bildirib ki, o, bu addımı Seçki Məcəlləsinin tələblərinə uyğun atıb: “Səsvermənin nəticələrindən asılı olmayaraq, 1 noyabrdan sonra “Gündəlik Teleqraf” qəzetində öz fəaliyyətimi davam etdirəcəm”.   Deputatlığı qeydə alınmış namizəd diqqətini təbliğat-təşviqat işlərinə yönəldəcək.   Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. Azərbaycanın tanınmış siyasi analitikidir. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın və bir sıra digər kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol