Sosial şəbəkədə biz:

Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü - Bakıda faciə

Paytaxtda bədbəxt hadisə baş verib. Azyaşlı uşaq eyvandan yıxılaraq dünyasını dəyişib. “Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış sahəsində qeydə alınıb. Dörd yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və hadisə yerində də dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, artaşdırmalar aparılır. İyul ayının 25-də Bakıda bənzər hadisə baş vermişdi. Paytaxtın Xətai rayon sakini 2 yaşlı Ümid Ağalı yaşadığı mənzilin eyvanından yıxılmış və yerindəcə dünyasını dəyişmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol