Deputatlığa namizədlər təşviqata başladı
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib. Trend-in məlumatına görə, bu gündən parlament seçkilərində namizədliyi qeydə alınmış namizədlər, o cümlədən onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmiş şəxslər təbliğat apara bilərlər. Təbliğat kampaniyası seçkilərə 23 saat qalmış - 31 oktyabr saat 08:00-a qədər davam edəcək. Xatırladaq ki, indiyədək 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.