Sosial şəbəkədə biz:

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının azalması davam edir

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları2015-ci il sentyabr ayının 1-nə 22 297,2 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan analoji göstəricidən 31,9 mln. manat və ya 0,14% azdır. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, azalma bu ilin fevral ayından etibarən hər ay davam edib və martın 1-nə olan göstərici ilə müqayisədə kredit qoyuluşları sentyabrın 1-dək 278,5 mln. manat və ya 1,23% azalıb. Qeyd edək ki, 2014-cü ilin sentyabrın 1-i ilə müqayisədə isə 3 161,6 mln. manat və ya 16,5% artım qeydə alınıb. Xarici valyutada iqtisadiyyata kredit qoyuluşları manatla ifadədə fevral ayından etibarən 35% artım göstərdiyindən, kredit qoyuluşlarında yaranan artımda manatın məzənnəsinin dəyişməsi öz effektini göstərib. Report.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol