Sosial şəbəkədə biz:

"NBC Bank" turizm şirkətini məhkəməyə verdi

10 October 2015, 12:15
Gündəm
"NBC Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Gold Traver" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. “Report”un məlumatına görə, bank borcun ödənilməsini tələb edir. İddia olunan borcun məbləği açıqlanmayıb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, 1992-ci ildə “Ruzu” SKB kimi fəaliyyətə başlayan bank 2002-ci ildə adında dəyişiklik edilərək “NBC Bank” Kommersiya Bankı (KB) olub. Azərbaycanın bir neçə şəhər və regionlarında filialları olan bank 2005-ci ildə Açıq Səhmdar Cəmiyyətinə çevrilib. “NBC Bank”ın təsisçi şirkəti isə “Nurgün Qrup” MMM-dir. "Gold Traver" MMC isə turizm şirkətidir.