Sosial şəbəkədə biz:

Ankarada kamikadze özünü partlatdı - Çoxlu ölü və yaralı var - Video

10 October 2015, 13:10
Gündəm
Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib.
“Anadolu Agentliyi”nin məlumatına görə, partlayış nəticəsində çoxlu insanın öldüyü və yaralandığı bildirilir.
  Hadisənin baş verdiyi əraziyə təcili yardım maşınları göndərilib.   ***   Sözügedən ərazidə bu gün “Əmək, sülh, demokratiya” mitinqinin keçirilməsi planlaşdırılırdı. Ərazidə canlı bombanın partladıldığı iddia edilir.