Sosial şəbəkədə biz:

Cəbhədə düşmənin 6 hərbçisi məhv edildi

Bu gün Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində döyüşlərin yenidən şiddətləndiyinə dair bəyanat yayıb. Bəyanatda bildirilir ki, Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.Döyüş zamanı ordumuzun bir hərbi qulluqçusu yaralanıb. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir. Müdafiə Nazirliyi bu döyüşlərin təmas xəttinin hansı istiqamətində baş verdiyini göstərməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol