Sosial şəbəkədə biz:

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin edilib

15 March 2018, 14:45
Gündəm
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib. F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.