Sosial şəbəkədə biz:

Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı - Fotolar

16 March 2018, 09:41
Gündəm
Bakıda Bakıxanov qəsəbəsində yerləşən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılıb.  “Qafqazinfo” xəbər verir ki, bu qeyri-yaşayış sahəsi üzrə hərrac aprelin 9-da keçiriləcək. Əmlak kompleksinin hərracı açıq formada keçiriləcək. İlkin qiymət - 37 744 000 (otuz yeddi milyon yeddi yüz qırx dörd min) manatdır. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10536603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18950826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8256571 manatdır.