Sosial şəbəkədə biz:

Sumqayıtda taxta bazarı yandı

11 October 2015, 11:13
Gündəm
Bu gecə Sumqayıt şəhərində yanğın qeydə alınıb. Azinforum.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.