Sosial şəbəkədə biz:

"Nizami" Kino Mərkəzinin qarşısında kütləvi dava

17 March 2018, 10:45
Gündəm
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb. "Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb.