Sosial şəbəkədə biz:

Taleh Kazımov: "Strateji valyuta ehtiyatları 40 aylıq idxala kifayət edir

Taleh Kazımov: "Strateji valyuta ehtiyatları 40 aylıq idxala kifayət edir
Xəbər Şəkli
31 July 2026, 15:43
İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və yaxud 0,8 % artaraq 85,8 milyard ABŞ dollarına çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bu ehtiyatlar 40 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir", - deyə o qeyd edib.