Sosial şəbəkədə biz:

Milli komandanın 17 yaşlı qapıçısı özünü güllələdi - VİDEO

17 March 2018, 13:33
Gündəm
Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib. ARB Şəki xəbər verir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb. Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova özünə atəş açıb. Döş qəfəsi nahiyəsindən güllə yarası alan Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun və Azərbaycan milli komandasının qapıçısıdır.