Sosial şəbəkədə biz:

Obama Suriya məsələsində Putinə uduzur

Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur. Azinforum.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. Rusiya Prezidenti Vladimir Putinin bu həftə Suriyadakı bombardmanla bağlı müsahibəsinə toxunan politoloq Vaşinqtonun planlarının Rusiya tərəfindən pozulduğunu deyib: “Putin açıq deməsə də, ABŞ İŞİD-i ona görə məhv etməkdə maraqlı deyil ki, terrorçular Əsədin axırına çıxsınlar. Putinin sözündə müəyyən qədər həqiqət var. ABŞ və Türkiyə ilk növbədə Əsəd hakimiyyətinin yıxılmasını istəyir, daha sonra terrorçulara keçməyi planlaşdırırlar. Ancaq Vaşinqtonun planını Rusiya pozur. Çünki Putin hərbi təyyarələri və Xəzərdən atdığı raketləri ilə Əsəd ordusunu gücləndirməyi hədəfləyib. Təsadüfi deyil ki, bu zərbələrdən ruhlanan Əsəd ordusu İŞİD mövqelərinə qarşı quru əməliyyatları həyata keçirirlər. Bu da Kremlin planıdır ki, bombardmanların müsbət nəticəsi olsun və Rusiyanın gücü görünsün. Maraqlıdır, buna Pentaqonun cavabı nə olacaq? Hazırda Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol