Sosial şəbəkədə biz:

Şirvanda toyda faciə

12 October 2015, 10:29
Gündəm
Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.   Hadisə oktyabrın 11-də saat 23.00 radələrində Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürək tutmasından dünyasını dəyişib. Onun meyiti müayinə üçün Şirvan şəhər “morq”una yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (APA)