Sosial şəbəkədə biz:

“Facebook” şirkəti qalmaqal səbəbindən 5 milyard dollar itirib

20 March 2018, 10:53
Gündəm
“Facebook”un təsisçisi olan Mark Sukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb. Report xəbər verir ki, bu barədə martın 19-da “Forbes” jurnalı yazıb. Bazar günü keçirilən hərraclar zamanı “Facebook” 7%-dən çox ucuzlaqıb, şirkəti bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb. Qalmaqal martın 17-də baş verib. “The New York Times” nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı “Cambridge Analitica” firması qanunsuz olaraq “Facebook”un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.