Sosial şəbəkədə biz:

Bayram günlərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlanıb

23 March 2018, 16:22
Gündəm
Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib. Bunu “Report”a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: “Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Bundan başqa, 1 nəfər dərmandan, 3 nəfər isə spirtli içkidən zəhərlənmə ilə bağlı şöbəyə gətirilib”. A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: “Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”.