150-dən çox qara delfin intihar edib
Avstraliyanın Hemelin körfəzində 150-dən çox qrinda-delfin (qara delfin) özünü sahilə atıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, heyvanların təqribən yarısı tələf olub. Hazırda körfəzin yaxınlığında akulaların toplaşdığını müşahidə edilib. Qrindaların uzunluğu 4-8 metr, orta çəkisi təqribən 800 kiloqramdır.