Sosial şəbəkədə biz:

Rusiyada məmur yanğına görə diz çöküb üzr istədi - Video

27 March 2018, 14:08
Gündəm
Altmış dörd nəfərin ticarət mərkəzində yanaraq öldüyü Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev diz çökərək üzr istəyib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əyalətin əsas meydanında yeddi saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib. “Mən sizdən üzr istəyirəm” deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.