Sosial şəbəkədə biz:

Merin Bakı səfəri büdcəyə baha başa gəldi - Polşada narazıdırlar

28 March 2018, 09:35
Gündəm
Polşanın Qdansk şəhərinin ictimaiyyəti və jurnalistləri merin və məmurların xarici səfərlərinə böyük məbləğdə vəsaitin xərclənməsindən narazılıq edirlər. “ Azinforum.az ” Virtualaz.org-a istinadən xəbər verir ki, yerli “Trojmiasto” nəşrinin məlumatına əsasən, 2017-ci ildə Qdansk merinin və məmurlarının xarici səfərlərinə 1,5 milyon zlotı xərclənib. Və onlar ən çox Azərbaycana, Çinə, Türkiyəyə, ABŞ-a və İsrailə səfər ediblər. Nəşrin məlumatına görə, vergi verənlərə ən baha başa gələn şəhər merinin və onun müavininin 14 - 18 avqustda Bakıya (Ümumdünya boyskaut konfransının işində iştirak etmək üçün) səfərləri olub.