Sosial şəbəkədə biz:

Nazirlik İcra Hakimiyyətinə müraciət etdi

28 March 2018, 10:46
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı daxil olan məlumat Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.  “Qafqazinfo” xəbər verir ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu  məlum olub. Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.