Sosial şəbəkədə biz:

Azərbaycanda bu saytlara girən “cərimələnir” - Şok dələduzluq

28 March 2018, 11:20
Gündəm
Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. “Qafqazinfo” xəbər  verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib. Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə  abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub.