Sosial şəbəkədə biz:

Mingəçevirdə FACİƏ: 3 yaşlı körpə göldə boğulub

28 March 2018, 15:29
Gündəm
Mingəçevir şəhərində 3 yaşlı körpə göldə boğularaq ölüb. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib. Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırmalara başlanılıb.