Sosial şəbəkədə biz:

Naftalanda sanatoriyada 31 yaşlı qadın güllələndi

28 March 2018, 17:39
Gündəm
Naftalandakı güllələnmə ilə bağlı bəzi məqamlar məlum olub. APA-nın xəbərinə görə, hadisə Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında baş verib. Orada qeydiyyatçı işləyən, 1987-ci il təvəllüdlü Günay Zeynalova sürücü Əli Hüseynov tərəfindən mübahisə zəminində baş verən münaqişə nəticəsində güllələnib. Ə. Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. ***16:30 Naftalan sakini güllələnib. APA-nın xəbərinə görə, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.