Sosial şəbəkədə biz:

“Hamısını açıqlamaq olmur axı...” - Rəşad Sadıqov

30 March 2018, 10:16
Gündəm
"Elvinlə Arazın hər ikisini xətrini çox istəyirəm. Özləri də bilirlər. Qurban Qurbanov ani qərar qəbul edib. Şəxsən mən də belə düşünürəm ki, aş məşqçisi millimizin bdüzgün qərar verib". “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının sabiq kapitanı Rəşad Sadıqov "CBC Sport"da canlı yayımda efirə gedən "Üçüncü hissə" verilişində bildirib. O, baş məşqçi Qurban Qurbanovun millidə keçmiş komanda yoldaşları Elvin Yunuszadəylə Araz Abdullayevin yatıb qalmaları üzündən oyunöncəsi gecikmələrinə görə adlarının Belarusla yoldaşlıq görüşünün iştirak ərizəsinin salınmamasını doğru qərar sayır: "Hər kəs də düşünməlidi ki, keçmişdə olan boşluqlar daha olmayacaq. Artıq bütün fikrimizi hamılıqla ona verməliyik ki, millidə böyük uğurlar olsun, uğurlu işlər görək, böyük işlər görək. Bir tsikldə 1-2 oyun qalib gələk, mükafatımızı aldıq getdik, yaxşı müqaviləmizi bağladıq. Yox, böyük düşünək - qrupdan çıxaq, yaxşı nəticələr verək, transfer olaq, yaxşı müqavilələr imzalayaq. Qurban Qurbanov bu addımlarıyla, açıqladığı heyətlə hamını məcbur edir ki, artıq böyük düşünün. Yoxsa planlarımdan kənar qalacaqsınız. Bunu açıq şəkildə göstərib. Hər iki futbolçu insan kimi yaxşıdı, müsbət keyfiyyətləri var. Futbolçu kimi də yaxşı potensialları var. Nu qərardan bir dərs, nəticə çıxaracaqlar. Ümid edirəm ki, bir də belə şeylər təkrarlanmayacaq". Sadıqovun "Qarabağ"da birgə oynadığı Yunuszadənin klubda da cəzalandırılmasını xatırladığını açıqlayıb: "Böyük ehtimal bir daha təkrarlandığına görə Qurban müəllim onu bağışlamadı. Ancaq Araza daha bir şans verdi. Bunun da səbəbləri var, özbaşına deyil. Bizdə belədi ki, insanlara şübhə ilə yanaşırıq. Bu gün Qurban Qurbanovun qərarına şübhə ilə yanaşırıqsa, kimə inanacağıq? Mən bunu bilmirəm. Niyə özümüzün əldə olan bəzi insanları əldə saxlamırıq? Allah-təala bizim futbola Qurban Qurbanov kimi məşqçi verib. Bunu əldə saxlayaq da. Qıraqda olsam, bu proseslərdə iştirak etməyən bir insan kimi fikirləşərəm ki, nəsə var, belə qərar verilib. Baş məşqçi nəsə bilir ki, belə edib. Hər şeyi mətbuata açıqlamaq olmur ki... Elvini nə qədər pul cəriməsi edib, nə qədər "18-liy"ə salmayıb, bu, neçənci dəfədi, Arazla ilk tanışlığı, ilk təlim-məqş toplanışıdı, aralarında nə söhbət olub - hamısını açıqlamaq olmur axı. Belə düşünürəm ki, baş məşqçiyə etimad göstərməliyik, inanmalıyıq. Bundan sonra nələrəsə ümid bəsləməliyik. Qurban Qurbanov gecə-gündüz çalışır ki, ədalətli olsun, futbolçulara, futbol ictimaiyyətində, onun ətrafında olan insanlara qarşı haqlı qərarlar qəbul etsin. Biz də ona şübhə ilə yanaşırıqsa, bu, istər-istəməz psixoloji cəhətdən təsir edəcək. Nə qədər güclü insan da, öz-özünə fikirləşəcək ki, nə qədər əziyyət çəkirəm, çalışıram düzgün olum, düzgün mövqe tutum, ancaq insanlar sanki xırda bəhanə axtarırlar ki, tənqid etsinlər". Rəşad milli karyerasında gecikmə halının olmadığını bildirib: "U-21-də toplantmız oldu və 1-2 futbolçu 2 dəqiqə gecikmişdi. Onlara dedim ki, Ramil Şeydayev 3 ildi mənimlə birgə millidə oynayır. Toplantından sonra ona sual verərsiniz ki, heç Rəşad olubmu geciksin? 5-də deyirlər, 5-ə 10 dəqiqə qalmış ordayam. Hər yerə çalışıram ki, birinci gəlim. Həm istəmirdim ki, özümə söz gəlsin, həm də istəmirdim ki, diqqətsiz olum. Həmişə beləyəm, toplanış vaxtı, xüsusilə də oyun günlərində neçə "budilnik" qoyuram, neçə dəfə də komanda yoldaşlarımı xəbərdar edirəm ki, 10-15 dəqiqə qamış məni oyadarsınız. Hər ehtimala qarşı ki, birdən yatıb qalaram. Bu, ola bilər, insandı da, yuxusu gəldi, yatıb qaldı. Şükür Allaha ki, millidə belə şey olmayıb. Klubda olub. Dəqiq xatırlamıram, ancaq ola bilməz ki, olmasın, harasa gecikməyim. Sadəcə, qərəzli, davamli şəkidə olsun, belə şey olmayıb" O, ötən seçmə mərhələnin sonunda rəsmən çıxışını başa vurduğu milli komandaya qayıtması məsələsinə münasibət bildirib. Millimizin sabiq kapitanı baş məşqçi Qurban Qurbanovun lazım gələrsə, onu yığmaya qaytarmaqla bağlı açıqlamasına aydınlıq gətirib: "Qurban müəllimlə rahat görüşüm olmayıb. Telefon danışığımız olub. Kosovoyla oyundan qabaq da, sonra da. İrlandiyayla matçdan qabaq da danışdım, məsləhətə ehtiyacım vardı. Ancaq milliyə qayıtmaq barədə danışmamışıq. Açıqlamasını internetdən oxumuşam. Bilirsiniz ki, maksimum səmimi danışmağa çalışıram. Özümə aid məsələlərdə yüzdəyüz həqiqəti deyirəm. Qurban müəllim milliyə baş məşqçi təyin olunanda aramızda qayıtmağımla bağlı söhbət oldu. O, mənə bunu təklif etdi. Dedi ki, istəyirəm milliyə qayıdasan. Hansısa qarşılaşmada oynaya bilərsən, hansındasa yox, ancaq istəyirəm ki, milinin içində olasan. Onda baş məşqçiyə bildirdim ki, dəvətinizə görə çox sağ olun. ancaq qərarımı vermişəm, milli karyeramı başa vurmuşam. Sözün düzü, qısa, 10 dəqiqəlik söhbət oldu. Qurbanov mənə dedi ki, necə məsləhətdi, elə də elə". "Qarabağ"ın 36 yaşlı müdafiəçisi Qurbanovun açıqlamasını bir daha oxuduğunu diqqətə çatdırıb: "Deyib ki, lazım gələrsə, Rəşadı millyə qaytararam. Mən də sizin verilişdə demişəm ki, Allah eləməsin elə bir vəziyyət yaransın, stoper olmasın, buna cəza və ya zədə səbəb olsun. Onda gəlib 2-3 oyunluq faydalı ola bilərəm. Lazım olarsa, həmişə kömək etməyə hazıram, U-16-da, U-17-də də işləyərəm. Ətrafım bilir ki, harda lazım olsam, gedib orda olacağam. Bütün karyeram belə olub, kiməsə lazımamsa, o insanın yanıdayam. Məsələ də bu yerdədi. Bu gün belə bir mövzu yoxdu ki, qayıdım. Neçə oyundu baxıram, mərkəz müdafiəçilərimiz normal çıxış edirlər. Üstəlik, Bədavi Hüseynovun bərpa prosesi gedir. O da sağalandan sonra tam hər şey qaydasına düşəcək. Qurban Qurbanovun əlində yetərincə seçim imkanı olacaq. Heç bu söhbətə də ehtiyac olmayacaq". Sadıqov futbolçu karyerasını bu mövsüm bitirmək fikrində olmadığını söyləyib: "Hələ yekun qərarımı verməmişəm ki, nə vaxt yaşıl meydanda çıxışımı başa vurum. Ancaq zədə problemi olmasa, daha 1 il də, növbəti mövsümdə də oynamağı düşünürəm. Məni futbolçu karyeramı davam etdirməyə sövq edən futbol oynamağa olan sevgimdi. Bunun "Qarabağ"la yaxşı maddi şərtlər qarşılığında müqaviləminin olmasıyla bağlı fikir söyləyənlərə demək istəyirəm ki, bilirlərmi mənə məşqçiliklə bağlı necə təkliflər gəlib: Bunu deyənlər iki səbəbdən belə fikir söyləyə bilərlər: ya məni sevmirlər, ya da məni tanımırlar. Məni tanıyan belə şey deyə bilməz. Məni tanımayan, sevməyən belə fikir söyləyə bilər".