Sosial şəbəkədə biz:

“Səsvermə günü qanundankənar hal baş versə...”

30 March 2018, 18:09
Gündəm
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra tapşırıqlar verib.  "Qafqazinfo" xəbər verir ki, M.Pənahov bildirib ki, artıq seçki bülletenlərinin çapı başa çatıb, aprel ayın 1-dən etibarən seçki dairələrinə paylanılmasına başlanılacaq. MSK sədri bütün proseslərin vaxtlı-vaxtında başa çatdırılmasının vacbliyini qeyd edib. O bildirib ki, bütün prosedurlar Seçki Məcəlləsinin tələbinə uyğun həyata keçirilməlidir. M.Pəhanov qeyd edib ki, səsvermə günü hansısa qanundankənar hal baş versə, dərhal qanun çərçivısində tədbirlər görüləcək: “İnanıram ki, heç bir xoşagəlməz hal baş verməyəcək”.