Sosial şəbəkədə biz:

Ümid - Leyla Əliyeva 

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Ümid” adlı şeiri oxucuların ixtiyarına veririk.             Ümid hər birimizin uşaqlıqdan içində sadədil inanışla yaşayan bir... vərdişdi. Qəlbimiz çırpınanda, bir əlac axtarmışıq, köməyə gəlib ümid. – Ümidə tapınmışıq..! “Ümid yoxdur” deyənlər öz-özünü aldadır. Biz onsuz neynəyərik? – şaxtalarda donarıq, günahlarda batarıq... Onsuz yaşamaq çətin; bir addım belə atmaq mümkün deyil ümidsiz. Onsuz bir kövrək yarpaq bapbalaca bir kol da bizimçün qorxuludur. Cəsurun qəlbində də, o yaşayır, döyünür... amma ki, qorxağa da ümid böyük güc verir... Mən öz ümid payımı səninlə bölüşərəm. O sanki bir Günəşdir. – Göz yaşların qurudur. Hər şey olduğu kimi yerində qalsa belə, Ümidlər dilindəki adi yalanı belə min bir rəngə boyayır... Olub-keçənlər üçün bağışlayarsan məni. Seçsən bu da bir yoldu... “Hər şey unudulubdur”. – Qıraqdan baxanlarçun sadə görüntüdü bu... Ümidsə... ümidədir. Həyat yaralarına ümidlər tək məlhəmdir. Məni bağışlayarsan... Bəlkə də, yox, nə deyim..? Əgər xoşbəxtliyimiz yenə yalana dönsə – heç narahat deyilim. Ümid lap yaxındadır. Çağırarıq köməyə!.. leyla_9fcb7ea4c


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol