Sosial şəbəkədə biz:

Oftolmoloq Pərvanə Abdullayeva Bakıda fəaliyyətə başlayan Bona Dea Beynəlxalq Hospitalında çalışacaq 

30 March 2018, 23:48
Gündəm
Bu yaxınlarda Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir. Hospitalın  binası stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospital 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir. Azinforum.az olaraq bildiririk ki, yeni açılan tibb müəsissəsində olduqca peşəkar həkim kontigenti çalışır.  Onların arasında gənc olmasına baxmayaraq, yüksək təhsil almış və zəngin  təcrübəyə malik olan oftolmoloq Pərvanə Abdullayeva da var. Çinarə, Azinforum.az