Sosial şəbəkədə biz:

Gürcüstanda iqtisadi artım Azərbaycandakından 4 dəfə çox olub

31 March 2018, 14:55
Gündəm
Ötən ay Gürcüstanda ÜDM-in artım tempi 5,5% təşkil edib.Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar-fevral aylarında ÜDM 4,9% artıb. Fevral ayının digər əsas iqtisadi göstəricilərinə əsasən, Gürcüstanda istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,2% artıb, xarici ticarət dövriyyəsinin həcmi isə 16,3% artaraq 1 mlrd. 683,5 min dollar təşkil edib. Qonşu ölkədə ötən ay 4 250 müəssisə qeydiyyata alınıb ki, bu da yanvar ayına nisbətdə 12,9% çoxdur. Dövlət büdcəsinin gəlirləri 693,1 mln. lari, xərcləri isə 683,9 mln. lari təşkil edib. Qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadi artım yanvar-fevral aylarında cəmi 1.3 faiz təşkil edib(azadlıq.info).