Rusiyada qubernator yanğına görə istefa verdi - Vida videosu
Rusiyada 64 nəfərin ölümü ilə nəticələnən yanğından sonra Kemerovo əyalətinin qubernatoru könüllü olaraq istefa verib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Aman Tuleyev istefa ərizəsini dövlət başçısı Vladimir Putinə göndərib. Yayımladığı videomüraciətdə qubernator qərarını “yeganə doğru” qərar adlandırıb: “Qərarı özüm üçün doğru, məntiqli, yeganə düzgün qərar hesab edirəm. Çünki belə bir ağır yüklə qubernator postunda qalmaq olmaz, mənəvi olaraq mümkün deyil”.