Sosial şəbəkədə biz:

İSMAYIL AĞAYEVİN NAMİZƏDLİYİ LƏĞV EDİLƏ BİLƏR - ŞİKAYƏT

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında seçkiqabağı təşviqat zamanı pozuntu ilə əlaqədar ilk şikayətə baxılıb. APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Səlimağa Səlimli həmin dairədən deputatlığa namizəd Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin seçkiqabağı təşviqat qaydalarını pozduğu barədə şikayət edib. MSK məsələni müzakirə edib və şikayətin baxılması üçün 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol