Sosial şəbəkədə biz:

Xalq şairi Söhrab Tahir reanimasiyaya yerləşdirildi

Xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairi hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindən müalicə olunur: “Dünən səhhətində problem yaranıb, vəziyyəti ağırlaşıb. Yaxınları xəstəxanaya aparıblar, həkim müdaxiləsindən sonra səhhəti normallaşıb. Həkimi ilə danışdıq, hazırda səhhətində ciddi, qorxulu bir şey yoxdur, müalicələri davam edir”. 89 yaşlı xalq şairi S. Tahirin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol