Sosial şəbəkədə biz:

“Zara” mağazası müştərinin haqqını pozub

Bakıda məşhur “Zara” mağazası alıcının hüquqlarını pozub. TİA.AZ xəbər verir ki, bu barədə jurnalist Lalə Musaqızı “Facebook” səhifəsində məlumat verib. O, bildirib ki, övladına mağazadan geyim alıb. Lakin geyimin rəngi uyğun olmadığı üçün 4 gün sonra həyat yoldaşı mağazaya qaytarmaq istəyib. Amma mağazadan deyilib ki, qaytarmaq mümkün deyil, bir həftə ərzində yalnız dəyişmək olar. Jurnalist İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “qaynar xətt”inə müraciət edib. Qurumda şikayət dinlənilib və ərizə tərtib edilib. Bildirilib ki, şikayətə baxılacaq. Həmçinin qeyd olunub ki, "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən vətəndaşın 2 həftə ərzində aldığı malı qaytarmaq hüququ var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol