Sosial şəbəkədə biz:

Bayraq dirəyinin sökülmə səbəbi açıqlandı

04 April 2018, 13:17
Gündəm
"Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub". “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam".