Sosial şəbəkədə biz:

Bakıda polisi döydülər

14 October 2015, 11:14
Gündəm
Bakının Nəsimi rayonunda polis əməkdaşı döyülüb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbül prospekti, 46 ünvanının qarşısında baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Pərviz Kamran oğlu Əliyev xuliqanlıq zəminində Nəsimi Rayon Polis İdarəsi təminat hissəsinin kiçik inspektoru, polis serjantı Etibar Nadir oğlu Nəbiyevi döyüb. Etibar Nəbiyev göz və sinə nahiyəsindən xəsarət alıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsində təhqiqat aparılır.