Sosial şəbəkədə biz:

Mərkəzi Neftçilər Xəstəxanasında növbəti baş həkim dəyişikliyi - Yeni təyinat

04 April 2018, 13:24
Gündəm
 
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
Azinforum.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.