Sosial şəbəkədə biz:

Moskvada yenə ticarət mərkəzində YANĞIN - Yaralılar olması ehtimal edilir

04 April 2018, 14:24
Gündəm
Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, yanğın "Persey dlya detey" ticarət mərkəzində qeydə alınıb. Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb. Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir. Xəsarət alanların olduğu ehtimal edilir.