Sosial şəbəkədə biz:

Husilər Ədənə tam hakim oldu

Hər keçən dəqiqə Yəməndən bir-birindən fərqli xəbərlər gəlir. Bu gün səhər verilən məlumatlarda husilərin Səudiyyə təyyarələrinin ağır bombardımanı altında Ədəndən çəkildiyi bildirilirdi. Az öncə isə tamamilə fərqli bir xəbər yayıldı. Xəbərə görə, husilər Ədəndəki prezident sarayını ələ keçiriblər. Foto-rəsmlərlə təsdiqlənən məlumat onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrinin Avropaya nəql etdikləri neft marşrutu üzərində yerləşən Ədən ən mərkəzi nöqtələrinə qədər tamamilə zeydi silahlılarının əlindədir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol