Sosial şəbəkədə biz:

DEPUTALIĞA NAMİZƏD ƏLİ HACININ SEÇKİ QƏRƏRGAHI DAĞIDILIB - FOTOLAR

Azinforum.az  xəbər verir ki, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan, tanınmış içtimai-siyasi xadim  Ağayev Əli Hacı (Əli Hacı) oğlunun Bakı şəhərində yerləşən seçki qərəgahına basqın olub. Bu barədə məlumatı saytımıza namizədin seçki qərərgahından veriblər. Rəsmi nümayəndənin sözlərinə görə, onlar icarə götürdüyü ofizə iki gün dalbadaldır ki, kənar şəxslərin müdaxiləsi olur: "Hər gün səhər gəlirik ki, ofis dağıdılıb. Maraqlıdır ki, ofisə müdaxilə heç bir qapı və pəncərini sındırmadan edilir. Biz kimdəsə  ehtiyat açarın olmasından şübhələnirik". Əli Hacının özü də Azinforum.az-a açıqlamasında faktı təsdiqləyib: "Bilirsiniz ki, mən uzun müddətdir ki, ictimai-siyasi proseslərin episentrində olan adamam. Hansısa dairədən seçkini udmaq mənim üçün problem deyil. Görünür, bu nüfuz kimlərisə narahat etməyə başlayıb və bu cür çirkin yollarla mənim başımı qatmaq istəyirlər. Amma  bir vaxtlar Milli Azadlıq Hərəkatının önündə gedən şəxsi bu cür primitiv  üsullarla qorxutmaq absurd görünür. Baş vermiş hadisə ilə bağlı əlaqədar qurumlara rəsmi şikayət etmək qərarına gəlmişik". Qeyd edək ki, bu günlərdə  beynəlxaq sorğu mərkəzlərindən birinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Əli Hacı nüfuzlu namizəd kimi ön yerlərdən birinə sahib olub. Çinarə QULİYEVA AZİNFORUM.AZ al1 al2 al3 al4 al5


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol