Sosial şəbəkədə biz:

Qulamhüseyn Əlibəyli : "Nəticələr əvvəlcədən bəllidir"

"Ölkədə seçki ab-havası hiss olunmur". Bunu Moderator.az-aaçıqlamada Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Qulamhüseyn Əlibəyli deyib ki, seçki ab-havasının hiss edilməməyi demokratik seçkiyə inamın azlığı, nəticələrin əvvəlcədən məlum olması ilə bağlıdır. Partiya sədri deyib ki, namizədlərin çox olması formallıqdan başqa bir şey deyil və say çoxluğu seçki prosesinə heç bir təsir göstərmir. Qulamhüseyn Əlibəyli Aydınlar Partiyası rəhbərliyinin bütün bunları öncədən gördüyünü və bu səbəbdən də seçkidə iştirak etməmək haqqında qərar verdiyini söyləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol