Sosial şəbəkədə biz:

ANS-də daha bir veriliş bağlandı

ANS telekanalı ətrafında qara piar davam edir. Ötən gün yaradıcılıq iclası keçirən telekanal rəhbərliyi daha bir verilişin yayımını dayandırıb. Publika.az xəbər verir ki, Kamran Həsənlinin “Axşam-axşam” verilişi efirdən yığışdırılıb. Əldə etdiyimiz məlumata görə, aparıcı ilə ANS  telekanalı yollarını ayırmaq qərarına gəlib. Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə “Günəbaxan”, daha sonra isə “Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında “Axşam-axşam” adlı veriliş aparırdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol