TANINMIŞ SİYASƏTÇİ RAMİZ TAĞIYEVƏ AĞIR İTKİ
Azinforum.az xəbər verir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən olan Ramiz Tağıyevə ağır itki üz verib. Onun Azərbaycan Milli Elmlər Akademiyasında çalışan əmisi- Rzaqulu Sadıxov bu gün Allahın rəhmətinə gedib. Rzaqulu Sadıxov Azərbaycanın tanınmış alimlərindəndən olub. O, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini daşıyıb. Yas mərasimi 6-cı mikrorayondakı Milli Elmlər Akademiyasının işçilərinin yaşadığı binada keçirilir. Azinforum.az kollektivi adından hörmətli Ramiz bəyə və mərhumun ailəsinə dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət eləsin!