Sosial şəbəkədə biz:

Eldar Əzizov söküntüyə başladı

Bakının Səbail rayonuna bir müddət öncə icra başçısı təyin edilmiş Eldar Əzizov "ikinci Sumqayıt ssenarisini" həyata keçirməyə başlayıb. Rayon sakinlərinin verdiyi məlumata görə, Eldar Əzizov "Sumqayıt təcrübəsi"ni Səbail ərazisinə tətbiq etməsi nəticəsində artıq bir neçə ev, xırda ticarət obyektləri sökülüb. “ Azinforum.az ” xəbər verir ki, modern.az saytının əldə etdiyi məlumata görə söküntünün birinci dalğasına Səbailin Badamdar qəsəbəsində start verilib. Bu prosesin hazırda da davam etdiyi bildirilir. Qeyd edək ki, Eldar Əzizov bundan əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. Onun Sumqayıtda sahibkarları, köçkün ailələrini hədəfə alan addımları daim etirazla qarşılanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol