“Baş direktorun müavini öz təşəbbüsü ilə işdən azad olunub” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub. 4 il əvvəl bu vəzifəyə təyin olunan Qamət Məmmədovun vəzifədən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar əsas gətirilir. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev məsələ ilə bağlıModern.az saytına açıqlama verib: “Qamət Məmmədov oktyabr ayının 14-də öz təşəbbüsü ilə işdən azad olunub”.