Sosial şəbəkədə biz:

Polis mayoru maşınla qadını vurdu

Oktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində rayon sakini 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlikqızını vuran sürücünün kimliyi müəyyənləşib. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol