Sosial şəbəkədə biz:

Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdiriləcək

Azərbaycanda standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək mümkün olacaq. "Report" xəbər verir ki, bununla bağlı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi dəyişikliklər layihəsinə əsasən, standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsinə icazə veriləcək. Patent xidmətinin özəlləşdirilməsinə qoyulan qadağa isə qüvvədə qalacaq. Xatırladaq ki, mövcud maddəyə əsasən, patent xidməti ilə yanaşı, standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək də qadağan idi. Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol