Sosial şəbəkədə biz:

Məhkəmə Səbayel RİH-in bələdiyyəyə qarşı iddiasını təmin etmədi

Səbayel Rayon İcra Hakimiyyəti Səbayel Rayon Bələdiyyəsini məhkəməyə verib. APA-nın məlumatına görə, icra hakimiyyəti bələdiyyə tərəfindən Nazim Əliyev adlı şəxsə verilən torpağın sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə icra hakimiyyətinin iddiasını təmin etməyib. Həmin qərarla razılaşmayan icra hakimiyyəti isə apelyasiya şikayəti verib. Hazırda Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılır


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol